Beyləqan sakini həmyerlisini toyda güllələyib

Beyləqan sakini həmyerlisini toyda güllələyib Beyləqanda baş verən silahlı insidentlə bağlı bəzi məqamlar məlum olub.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun SMD qəsəbəsində keçirilən toy mərasimində qeydə alınıb.

Toyda iştirak edən Nadir Mirzəyevin Malik Zalovla mübahisəsi düşüb. Nəticədə N. Mirzəyev odlu silahdan atəş açaraq M. Zalovu yaralayıb.

Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədov APA-nın yerli bürosuna bildirib ki, M. Zalov sol bazu nahiyəsindən güllə yarası alıb.

İlkin tibbi yardım göstərildikdən sonra M. Zalov yaxınları tərəfindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.


***



Beyləqanda silahlı insident olub.

Beyləqan rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1972-ci il təvəllüdlü Malik Əbdülhüseyn oğlu Zalov həmyerlisi, 1958-ci il təvəllüdlü Nadir Qəzəb oğlu Mirzəyev tərəfindən güllələnib. M. Zalov xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən N. Mirzəyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri