Ən iri un istehsalçısı unlarının qiymətini aşağı salıb
- 06.04.2017, 12:29,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda ən iri un istehsalçısı olan "Karat Holdinq" MMC "Karmen" və "Yeganə" unlarının qiymətini aşağı salıb.
Live.az xəbər verir ki, holdinqdən "APA-ya verilən məlumata görə, son dövrlərdə manatın möhkəmlənməsi və maliyyə bazarlarında yaranmış sabitlik nəticəsində istehsal olunan unun maya dəyərində enmə olub. Bununla əlaqədar 50 kiloqramlıq 1 kisə əla növ unun topdansatış qiyməti mart ayının əvvəli ilə müqayisədə 0,7 - 1 manat ucuzlaşıb.
"Karat Holdinq" MMC olaraq uzun illərdir un istehsalı ilə məşğul oluruq. Fəaliyyətimizdə istehlakçı məmnunluğunu daim əsas tutaraq keyfiyyətli və sərfəli qiymətlərlə un satışını həyata keçiririk. Son illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər, eləcə də manatın ucuzlaşması və üzən məzənnə rejiminə keçilməsi istehsalı əsasən idxal buğdasına əsaslanan unun maya dəyərinə və satış qiymətinə də təsir göstərib. Lakin dövlət başçısının tapşırığına uyğun olaraq, 2016-cı ilin əvvəlindən buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi unun satış qiymətində baş verə biləcək kəskin qiymət artımının qarşısını alıb", - deyə məlumatda vurğulanıb.
Məlumatda o da qeyd olunub ki, müəssisə bundan sonra da istehsal etdiyi məhsulların keyfiyyəti və qiymətinin istehlakçıların maraqları ilə uzlaşdırılmasını daim diqqətdə saxlayacaq.