Banklar dollar almaqdan imtina edir
- 07.04.2017, 12:51,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda hazırda banklar dollar almaqdan imtina edirdilər.
“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı “Yeni Müsavat” yayıb. Qəzet bunun manatın hər gün bir az da möhkəmlənməsi ilə izah edib.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov qəzetə bildirib ki, bunun səbəbi bazarda manat qıtlığının olmasıdır: “Manatın məzənnəsinin müəyyən qədər qorunub saxlanılması üçün Mərkəzi Bank tərəfindən yürüdülən bir siyasətdir. Ancaq mən dəfələrlə demişəm ki, bu metod uzunmüddətli effekt verə bilməz. Ola bilər ki, iki-üç ay müddətinə effekt versin, ancaq sonradan vəziyyət dəyişəcək”.