“Space”dən aparıcı qalmaqalı: Sahibə Nəzərova getdi, Mələk Heydərova gəldi
- 07.04.2017, 13:07,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, “Space” telekanalında yayımlanan “Təəccüb dairəsi” proqramına aparıcılıq edən Sahibə Nəzərova işdən ayrılıb.
Verilişə bundan sonra aktrisa, aparıcı Mələk Heydərova aparıcılıq edəcək.
Bu haqda M.Heydərova özü məlumat verib:
“Veriliş hər həftənin çərşənbə günü efirə gedəcək. Proqram illüziya üzərində qurulub. İllüziyaçı Çingiz qonaqlar üçün maraqlı nömrələr nümayiş etdirir. Eyni zamanda proqramda müğənni, aktyor və idmançılar qonaq olacaqlar”.
Qeyd edək ki, S.Nəzərova bundan əvvəl “Xəzər” telekanalında çalışıb. “Space”dən ayrılmasına səbəb rejissorla aralarında baş verən dava olub.
Oxu.Az, Axşam