Stokholmda terror aktı nəticəsində ölənlərin sayı 4-ə çatıb, 15 nəfər yaralanıb

Stokholmda terror aktı nəticəsində ölənlərin sayı 4-ə çatıb, 15 nəfər yaralanıb İsveçin paytaxtı Stokholmda terror aktı nəticəsində ölənlərin sayının 4-ə çatması təsdiqlənib, 15 nəfər yaralanıb

Bu barədə SVT telekanalına Stokholm Səhiyyə administrasiyasının baş həkimi Yohan Bratt bildirib.

Onun sözlərinə görə, bilavasitə hadisə yerində 3 nəfər, daha 1-i isə xəstəxanada ölüb.

Hadisə nəticəsində həmçinin 15 nəfər yaralanıb. Onların arasında uşaqların da olduğu bildirilir. Yaralılardan 9 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

Xatırladaq ki, bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb. Terror aktı törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.



APA
Şərhlər
Dünya bölməsinin xəbərləri