Misirdə kilsələrdə partlayış nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb

Misirdə kilsələrdə partlayış nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb Bu gün Misirin Tanta və İsgəndəriyyə şəhərlərində terrorçu-kamikadzelər tərəfindən kilsələrdə törədilən partlayış nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb, 100-dən çox yaralı var.

APA-nın TASS agentliyinə istinadən, bunu Misir Səhiyyə Nazirliyi açıqlayıb.

Son məlumatlara görə, Tanta şəhərində kilsədə törədilən partlayışda 31 nəfər, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 13 nəfər ölüb.

***


Bu gün Misirin Tanta və İsgəndəriyyə şəhərlərində terrorçu-kamikadzelər tərəfindən kilsələrdə törədilən partlayış nəticəsində 40 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.

Son məlumatlara görə, Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 10 nəfər ölüb.
Şərhlər
Dünya bölməsinin xəbərləri