Gürcüstan tərəfindən karxanaların vaxtında ayrılmaması Bakı-Tbilisi-Qars layihəsini yubandırıb

Gürcüstan tərəfindən karxanaların vaxtında ayrılmaması Bakı-Tbilisi-Qars layihəsini yubandırıb 2015-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabına nəzərdə tutulmuş 1 mlrd. 392 mln. 600 min manat vəsaitin 1 mlrd. 29 mln. 800 min manatı (73,9%-i) istifadə olunub. APA xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir.

Sənəddə qeyd olunub ki, təqdim olunmuş hesabatlara görə Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan 111,5 mln. manat vəsaitə qarşı icra 55,2% səviyyəsində olub: "Layihə üzrə ARDNF-in büdcəsində nəzərdə tutulan vəsaitin 44,8% icra olunmaması il ərzində tikinti ərazisində hava şəraitinin əsasən sərt keçməsi, sahə üzrə relyefin bərk olması və Gürcüstan hökuməti tərəfindən nəzərdə tutulan torpaq sahələri üzrə karxanaların vaxtında ayrılmaması kimi amillərlə əlaqələndirilir".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri