Azərbaycanda yol kənarında külli miqdarda heroin aşkarlanıb

Azərbaycanda yol kənarında külli miqdarda heroin aşkarlanıb Biləsuvar rayonunda yol kənarında 5 kiloqrama yaxın narkotik maddə aşkar edilib.


Səmədabad Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat zamanı Biləsuvar və Cəlilabad rayonları arasındakı otlaq sahəsində, köynəyə bükülmüş halda 4 kq 680 qram çəkidə heroin aşkarlanıb.


Ehtimal olunur ki, həmin narkotik maddə İrandan qaçaq yolla satılmaq üçün Azərbaycana keçirilib. Hazırda polis narkotik maddəni satmaq istəyən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Şərhlər
Sosial bölməsinin xəbərləri