Gürcüstan qaza olan tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək
- 11.04.2017, 18:34,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstan "Qazprom"dan qaz alışını dayandıracaq. Bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, ilin sonunadək heç bir Rusiya şirkəti ilə qaz alqı-satqısına dair yeni müqavilə imzalanmaycaq.
Nazirliyin təqdim etdiyi rəqəmlərə əsasən, Gürcüstan cari ilin birinci rübündə Rusiyadan 100 mln. kubmetr qaz alıb ki, bunun da 70 mln. kubmetri fevral ayının payına düşür.
Aprel ayından etibarən Gürcüstan öz əhalisinin və müəssisələrinin qaza olan tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək. Burada təchizatçı qismində SOCAR və "Şahdəniz" konsorsiumu çıxış edəcək.
APA