Tovuz rayonunda avtomobil ağaca çırpılıb, 25 yaşlı sürücü ölüb Böyüt

Bu gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz rayonu, Qovlar şəhəri ərazisində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü İsrafilov Sadiq Zakir oğlunun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 03:15-də başa çatıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri