Xatirə İslam efirə sarımsaq yeyib çıxdı: Kompleksim yoxdur
- 12.04.2017, 14:11,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün Xatirə İslam “5/5” verilişinin qonağı olub.
Live.az qafqazinfo-ya istinadla xəbər verir ki, teleaparıcı Zaur Kamal müğənnini səhnəyə dəvət edib. Aparıcı daha sonra Xatirədən sarımsaq qoxusunun gəldiyini söyləyib.
Zaur “Sarımsağı yeyib, efirə gəlib. İyi məni boğdu. Efirə gələn sarımsaq yeyər? Qoxusu məni dəli edir” deyib.
Xatirə isə sarımsaq yediyini təsdiqləyib və o, teleaparıcının reytinq üçün belə bir addım atdığını söyləyib:
“Qətiyyən, belə şeylərə kompleksim yoxdur. Hə, nə olsun? Nə var ki, burada? Balacasını yemişəm, yalan danışma. O dərəcədə də hiss olunmur. Toyuq qaynatmışdım, onunla yemişəm. Öz aləmində nə etmək istəyirsən? Verilişə reytinq gətirirsən? Sarımsaq yemək üçündür də”.