Rusiya XİN: Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsi demək olar ki, imzalanmaya hazırdır
- 14.04.2017, 15:08,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsi demək olar ki, imzalanmaya hazırdır”.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin Rusiya sərhədinin MDB ölkələri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov “Xəzər dialoqu” beynəlxalq iqtisadi forumda çıxışı zamanı deyib.
O bildirib ki, konvensiya layihəsinin böyük bir hissəsi razılaşdırılıb: “Bu hissələr bütün beş tərəfin tələblərini balanslaşdırır və heç bir tərəfin milli maraqları ilə ziddiyyət təşkil etmir. Demək olar ki, bir iki məsələ qalıb. Biz həqiqətən də yekun mərhələyə yaxınlaşmışıq və ölkə liderlərinə imzalamaq üçün təqdim edə biləcəyimiz yaxşı bir sənəd ərsəyə gətirmək şansımız var”.