"Qarabağ" və "Xəzər Lənkəran" UEFA Avropa Liqasında ilk oyunlarını keçiriblər

"Qarabağ" və "Xəzər Lənkəran" UEFA Avropa Liqasında ilk oyunlarını keçiriblər Bu gün futbol üzrə UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına start verilib.


Avroliqadakı təmsilçilərimizdən "Qarabağ" klubu turnirdə ilk oyununa çıxıb.


Ağdam təmsilçisi Makedoniyada "Metallurq"un qonağı olub. Oyunun birinci hissəsində qolsuz bərabərlik qeydə alınsa da, ikinci hissədə "Qarabağ" 64-cü dəqiqədə Reynaldonun qolu ilə önə çıxıb (0:1).


Avroliqadakı digər təmsilçimiz "Xəzər Lənkəran" klubu turnirdə Maltada "Slima" klubunun qonağı olub. Con Toşakın komandası bu cütün favoriti hesab olunur. "Ta Qali" stadionunda keçirilən oyunda ilk qolu cənublular açsa da, hesabı sonacan qoruya bilmədi - 1:1 (Franko Nildo, 14 ( 0:1), Ohaviçi, 62 (1:1). Xatırladaq ki, oyunun 83-ci dəqiqəsində "Xəzər Lənkəran"ın müdafiəçisi Elnur Allahverdiyev qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub.


Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 11-də, Bakıda keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri