Qaradağda üç otaqlı ev yanıb
- 03.07.2013, 09:51,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Qaradağ rayonunda üç otaqlı ev yanıb.
APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaq və dəhlizdən ibarət evdə baş verib. Yanğın nəticəsində evin 2 otağının və dəhlizinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 18:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.