Dəfələrlə "Rusiyanın ən seksual qadını" titulunun sahibəsi Vera Brejneva Bakıdadır.
Live.az İstiPress-ə istinadən xəbər verir ki, müğənni bu gün Bakıda solo konsert proqramı ilə çıxış edəcək. Konsertdən əvvəl ifaçı "Avto Radio"nun qonağı olub. Daha sonra V. Brejneva azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. O, Bakıda olmağından xoşbəxt olduğunu bildirdi:
"Nəhayət, Bakıda ilk böyük solo konsertim baş tutur. Çox xoşbəxtəm. Bu, Bakıya ilk səfərim deyil. Bütün proqramımı hazır etmişəm. Bu gün bütün sevdiyim mahnıları oxuyacağam".
İfaçı, eyni zamanda Rusiya şou-biznesinin ən məşhur müğənnilərindən olan, azərbaycanlı bəstəkar və müğənni Emin ilə sürpriz hazırladığını da gizlətməyib:
"Hazırda Emin ilə heç bir layihə üzərində iş getmir. Bu haqda heç müzakirə də olmayıb. Amma Emin ilə sürpriz hazırlayırıq, bu layihə deyil. Sadəcə, hələ elə bir şərait alınmayıb ki, biz onunla oturaq və deyək ki, gəl bunu edək. Amma Eminin təşkil etdiyi “Jara” festivalında Emin ilə sürprizimiz olacaq".
Qeyd edək ki, müğənni bu gün Heydər Əliyev Sarayında solo konsertlə çıxış edəcək.