Xaçmazda 16 yaşlı piyadanı maşın vurub

Ötən gün axşam saatlarında Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 33-cü km-də, Xaçmaz rayonunun Sabiroba kəndi ərazisindən keçən hissəsində baş verib. 34 yaşlı Xaçmaz rayonunun Nərəcan kənd sakini Anar Xəlilovun idarə etdiyi 90 XK 184 qeydiyyat nişanlı “Vaz 21 07” markalı avtomobil yol keçən piyada 16 yaşlı Xaçmaz rayonunun Çiləgir kənd sakini Coşqun Dadaşovu vurub. Daha sonra nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca dəyib. Nəticədə vurulan piyada və sürücü xəsarət alıb. Onlar Xaçmaz Mərkəİ Rayon Xəstəxanasına çatdırılıb. Sürücü A. Xəlilovun xəsarətləri yüngül olduğundan o, ilkin yardımdan sonra ambulator müalicəyə buraxılıb. Piyada C. Dadaşovun xəsarəti ağır olduğundan o, tibb müəssisəsinin cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.


İlkin ehtimala görə, qəza yüksək sürət səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri