Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb
- 21.04.2017, 18:35,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Çempionlar Liqasında yarımfinal və final mərhələlərinin püşkü atılıb. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən tədbir iki hissədən ibarət olub.
Öncə qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 4 komanda yarımfinal cütlərinə bölünüb.
Püşk İspaniyanın iki təmsilçisi “Real” və “Atletiko”nu üz-üzə qoyub. Yarımfinalda Madrid təmsilçilərinin iştirakı ilə 2 paytaxt derbisi keçiriləcək. Digər cütdə isə İtaliya çempionu “Yuventus” və Fransa “Monako”su qarşılaşacaq.
Ardınca isə Uelsin paytaxtı Kardiffdə baş tutacaq final matçının nominal meydan sahibi bəlli olub. Püşkün nəticəsi “Yuventus” – “Monako” cütünün qalibini görüşün ev sahibi seçib.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları mayın 2-3-də, cavab qarşılaşmaları mayın 9-10-da keçiriləcək. Final görüşü isə iyunun 3-də oynanılacaq.
Çempionlar Liqası
Yarımfinal
(2-3/9-10 may)
“Real” (İspaniya) - “Atletiko” (İspaniya)
“Monako” (Fransa) - “Yuventus” (İtaliya)
Final
(3 iyun)
2-ci cütün qalibi – 1-ci cütün qalibi