Azərbaycandakı müəssisə və təşkilatların sayı açıqlanıb

2017-ci il yanvar-mart ayları ərzində müəssisə və təşkilatların sayı 2% artaraq aprelin 1-i vəziyyətinə 109 502 olub.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, artım iqtisadiyyatın "Daşınmaz əmlakla əlaqədar əməliyyatlar", "İnzibati və yardımçı xidmətlərin göstərilməsi", "Turistlərin yerləşdirilməsi və ictimai iaşə", "Digər sahələrdə xidmətlərin göstərilməsi", "Peşə, elmi və texniki fəaliyyət", "İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət", "Nəqliyyat və anbar təsərrüfatı" və "Ticarət; nəqliyyat vasitələrinin təmiri" sahələrində nəzərəçarpacaq dərəcədə olub.

"Ticarət; nəqliyyat vasitələrinin təmiri", "Digər sahələrdə xidmətlərin göstərilməsi", "Tikinti", "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" və "Peşə, elmi və texniki fəaliyyət" sahələrində müəssisə və təşkilatların statistik vahidlərin Dövlət reyestrindəki xüsusi çəkisi daha yüksək olub.

Xüsusi mülkiyyətə aid olan müəssisə və təşkilatların əsas hissəsi "Ticarət; nəqliyyat vasitələrinin təmiri" (28,6%), "Digər sahələrdə xidmətlərin göstərilməsi" (18,7%), "Tikinti" (11,1%), "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" (9,7%), "Peşə, elmi və texniki fəaliyyət" (7,2%) və "Emal sənayesi" (6,1%) sahələrinin payına düşür.

Dövlət reyestrində qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (34,6%), Böyük Britaniya (8,3%), Rusiya (7,5%), İran (5,8%), ABŞ (3,1%) və Almaniya (2,2%) ölkələrinin sahibkarları tərəfindən yaradılıb.

2017-ci ilin yanvar-mart ayları ərzində ləğv edilmiş müəssisə və təşkilatların 23,7%-i "Ticarət; nəqliyyat vasitələrinin təmiri", 16,5%-i "Digər sahələrdə xidmətlərin göstərilməsi", 14,4%-i "Peşə, elmi və texniki fəaliyyət", 9,3%-i "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", 8,2%-i "Tikinti", 6,2%-i "Emal sənayesi", 6,2%-i "Dövlət idarəetməsi və müdafiə; sosial təminat" sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Bu dövrdə yeni yaradılmış müəssisə və təşkilatların 28,4%-i "Ticarət; nəqliyyat vasitələrinin təmiri", 27,8%-i "Digər sahələrdə xidmətlərin göstərilməsi", 8,6%-i "Peşə, elmi və texniki fəaliyyət", 7,2%-i "İnzibati və yardımçı xidmətlərin göstərilməsi", 5,8%-i "Tikinti", 4,6%-i "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

2017-ci ilin yanvar-mart ayları ərzində yeni yaradılmış müəssisə və təşkilatların 98,3%-i xüsusi mülkiyyətli (o cümlədən 6,6%-i tam xarici investisiyalı, 1,2%-i birgə mülkiyyətli), 1,7%-i isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.

Qeydiyyatda olan müəssisə və təşkilatların 54,2%-i Bakıda yerləşib. Hesabat dövründə yeni yaradılmış müəssisə və təşkilatların 61,8%-i Bakıda, 12,6%-i Aran, 5,5%-i Abşeron, 4,6%-i Gəncə-Qazax, 4,3%-i Dağlıq Şirvan və 3,3%-i Quba-Xaçmaz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıblar. Statistik vahidlərin yaradılması prosesi Dağlıq Şirvan iqtisadi rayonunda (4,6%), Bakı şəhərində (2,3%), Quba-Xaçmaz iqtisadi rayonunda (2,2%), Aran iqtisadi rayonunda (1,9%), Abşeron iqtisadi rayonunda (1,7%), Yuxarı Qarabağ iqtisadi rayonunda (1,5%), Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında (hər birində 1,4%), Lənkəran iqtisadi rayonunda (1,1%) və Naxçıvan Muxtar Respublikasında (0,7%) daha fəal olub.

Bu dövrdə Bakı şəhəri üzrə 62, Gəncə-Qazax iqtisadi rayonu üzrə 10, Aran iqtisadi rayonu üzrə 8, Naxçıvan Muxtar Respublikası üzrə 6, Abşeron iqtisadi rayonu üzrə 4, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 3, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2, Quba-Xaçmaz və Lənkəran iqtisadi rayonlarının hər biri üzrə 1 müəssisə ləğv edilib.

2017-ci il aprelin 1-i vəziyyətinə ölkədə mövcud olan kiçik müəssisələrin sayı və strukturu "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" qanun və "İri, orta və kiçik sahibkar meyarları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilmiş işçilərin orta siyahı sayı və illik gəliri meyarı əsasında götürülüb.

Göründüyü kimi, 2017-ci il aprelin 1-i vəziyyətinə ölkə üzrə müəssisələrin ümumi sayının 80%-ini kiçik müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (31,2%), digər sahələrdə xidmətlərin göstərilməsi (13,9%), tikinti (11,8%) və kənd təsərrüfatı (10,4%) sahələrində yaradılıb.

Kiçik müəssisələrin 57,3%-i Bakıda, 12,8%-i Aran, 6,9%-i Abşeron, 6%-i Lənkəran, 5,8%-i Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri