ATV-nin keçmiş aparıcısı vəzifəli şəxslə sevgilidir

ATV-nin keçmiş aparıcısı vəzifəli şəxslə sevgilidir ATV-nin məşhur aparıcısı Vaqif Aydınoğlunun keçmiş həyat yoldaşı, keçmiş teleaparıcı Samirə Mustafayeva bu gün haqqında çıxan xəbərlərə aydınlıq gətirib.

Live.Az Publika.az-a istinadən xəbər verir ki, aparıcı qadın klubu açmağa hazırlaşdığını etiraf edib.

“2012-ci ildən bəri yaxın rəfiqələrimlə bağlı kiçik bizneslə məşğul oluruq. Bu, nə mənim, nə başqalarının əsas işidir. Bu işi sevgili hesabına və tək görmürəm, onlara şərik də demək doğru çıxmaz, ən yaxın rəfiqələrimdir. Rəfiqələrimlə məsləhətləşdik ki, açılışa yaxın klubu pulla reklam edək, amma sağ olsunlar, ehtiyac olmadı”, - deyə o bildirib.

S.Mustafayeva şəxsi həyatı ilə bağlı yayılan şayiələri təkzib edib:

“Şəxsi həyatım haqqında yazılanlar həqiqəti əks etdirmir. Belə xəbərlər eşidəndə gülməyim gəlir, məni gah vergilər nazirliyində işə düzəldirlər, gah da əsassız xəbərlər yazırlar. Mən artıq bir ildir efirlərdə və mətbuatda yoxam, sadə bir vətəndaşam. Xahiş edirəm ki, haqqımda bu cür xəbər yazılmasın”.



***


Bir müddət əvvəl həm iş yeri olan ATV-dən, həm də həyat yoldaşı Vaqif Aydınoğludan ayrılan Samirə Mustafayevadan xəbər var.

Live.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, teleaparıcı bu dəfə özünü biznes leydi kimi sınamaq istəyib. O, Bakıda böyük bir qadın klubu açıb. Fitness, spa və gözəllik salonu olan mərkəzin tezliklə açılışı olacaq.

Bu məqamda qeyd edək ki, Samirənin işi kimi şəxsi həyatında da dəyişiklik olub. Belə ki, Mustafayeva dövlət qurumlarından birində çalışan vəzifəli şəxslə sevgi münasibətindədir.

Qeyd edək ki, aparıcı mətbuata açıqlamasında bundan sonra aparıcılıq etməyəcəyini, özünü başqa bir sahədə sınayacağını bildirmişdi.

S.Mustafayeva və V.Aydınoğlunun Nuran adlı qız övladı var.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri