Həkimlər mütəmadi olaraq solyaridən istifadə edən şəxslərə xərçəng təhlükəsi ilə bağlı xəbərdarlıq edib

“Mütəmadi olaraq solyariyə girmək məsləhətə uyğun deyil. Solyaridə ultrabənövşəyi şüaların birbaşa təsiri nəticəsində dəridə müxtəlif xəstəliklər peyda olar, insanların bədənində şişlər və xəstəliklər əmələ gələ bilər”.


APA-nın xəbərinə görə, bunu Milli Onkologiya Mərkəzinin həkimi Elçin Mansurov deyib. O bildirib ki, onkoloji xəstəlikləri aşkar edən xarakterizə edən səbəblərdən biri də şişin avtonom şəkildə, sərbəst inkişafı, bədənin nəzarətindən çıxmasıdır: “Solyari dəriyə elə bir təsir göstərir ki, dəri bəzən orqanizmin neyrohumoral nəzarətindən çıxır. Bu da gec-tez onkoloji xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Amma 1-2 dəfə solyariyə girməklə belə problem yaranmaz. Əlbəttə ki, yalnız mütəmadi olaraq solyaridə dərisini qaraldan insanlar üçün qeyd edilən təhlükə var”.



A.Məmmədov insanlara günəşin zərərindən özlərini qorumağı, dərilərində hansısa patoloji dəyişikliklər hiss etsələr, bu barədə dərhal mütəxəssislərə müraciət etməyi məsləhət görüb.
Şərhlər
Sosial bölməsinin xəbərləri