Binali Yıldırım: Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşdırılması 2014-cü ildə yekunlaşacaq
- 03.07.2013, 13:34,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2014-cü ildə Bakı-Tbilisi-Qars yeni dəmiryolunun tikintisi ilə bağlı layihənin reallaşdırılması yekunlaşacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat naziri Binali Yıldırım çərşənbə günü Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəqliyyat nazirlərinin birinci iclasının gedişi zamanı bildirib.
Onun sözlərinə görə, yeni xətt yalnız Azərbaycan, Türkiyə və Gürcüstanıən dəmiryolu sistemlərini birləşdirməyəcək, o cümlədən Çin və Mərkəzi Asiyadan Avropaya yüklərin daşınmasına imkan verəcək :"Bu layihə yalnız bizim ölkələr üçün deyil, həm də Asiyadan Avropaya yüklərin daşınmasını təmin etmək üçün çox əhəmiyyətlidir".