Emmanuel Makron: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün maksimum səy göstərəcəyəm"
- 26.04.2017, 10:41,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Prezident seçilsəm, Dağlıq Qarabağ münaqişəsinin tam həlli üçün maksimum səy göstərəcəyəm".
APA-nın “news.am”saytına istinadən verdiyi məlumata görə, bu sözləri Fransa prezidentliyinə ən şanslı namizəd Emmanuel Makron deyib.
"Mən problemin həlli üçün maksimum səy göstərəcəyəm, amma siz bilirsiniz ki, bu məsələni təkbaşına həll etmək mümkün deyil", - deyə E. Makron söyləyib.
Qeyd edək ki, E. Makron aprelin 23-də keçirilən prezident seçkilərinin ilk turunda ən çox səs toplayan namizəd olub.
İkinci tur mayın 7-də keçiriləcək.