"İndependent" qəzetində Azərbaycan XİN-in rəsmi nümayəndəsinin cavab məqaləsi çap edilib

"İndependent" qəzetində 20 aprel tarixində dərc edilmiş “Dağlıq Qarabağ respublikasında futbol və ümid - unudulmuş region FİFA-nın sanksiyalarına qarşı” adlı məqaləyə etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin cavab məqaləsi çap edilib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cavab məqaləsində H.Hacıyev sözügedən məqalədə regiondakı real vəziyyətin təhrif olunduğunu bildirərək idman və futbolun siyasətdən kənar tutulmalı olduğunu vurğulayib.

O bildirib ki, məqalədə Azərbaycanın işğal olunmuş ərazilərinə “Dağlıq Qarabağ respublikası” kimi müraciət edilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və bu məsələdə yalnız Ermənistan tərəfinin mövqeyinin işıqlandırılması ədalətli və obyektiv jurnalistika prinsiplərinə uyğun gəlmir:

Bakı. Trend:

Azərbaycan XİN: "İndependent" qəzetinin “fakenews” xarakterli sifarişli yazıya məkan verməsi təəssüf doğurur
“Reallıq ondan ibarətdir ki, Ermənistan gücdən istifadə edərək Azərbaycanın suveren ərazilərini işğal edib və işğal olunmuş ərazilərdə qondarma rejim yaradıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunur, Ermənistanın işğalı pislənilir və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur”.
Qeyd olunub ki, Ermənistanın işğalı nəticəsində "Qarabağ" klubu bəlkə də dünyada yeganə futbul klubudur ki, öz doğma şəhərindən kənarda sığınacaq tapıb. Məqalənin müəllifinin Qarabağ futbol klubunu Azərbaycan üçün siyasi şahmat adlandırmasi yanlışdır:

"Biz ümid edirik ki, regionda sülh yenidən bərqərar olacaq və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları "Qarabağ" futbol klubunun oyunlarını izləyəcəklər".
Şərhlər
Siyasət bölməsinin xəbərləri