Mərkəzi Bankın valyuta ehtiyatları 12,7 milyard dolları ötüb

Mərkəzi Bankın valyuta ehtiyatları 12,7 milyard dolları ötüb 2013-cü il iyun sonuna olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatlarının ümumi həcmi 12 720,4 milyon dollar təşkil edib. Bu barədə Trend AMB-nin rəsmi saytına istinadən məlumat verir.


Məlumata görə, ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 8,8 faiz və ya 1025,5 milyon dollar (ilin əvvəlinə AMB-nin valyuta ehtiyatları 11 694,8 milyon dollar təşkil edib) artıb.


İllik hesablamada AMB-nin valyuta ehtiyatlarının həcmi 15,16 faiz və ya 1674,1 milyon dollar artıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri