QMİ Ramazan təqvimini açıqlayıb
- 03.07.2013, 13:40,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) 2013- cü il üçün Ramazan (orucluq) ayının təqvimini açıqlayıb.
QMİ–dən APA – ya verilən məlumata görə, hicri təqvimi ilə 1434-cü il Ramazan ayının ilk günü miladi tarixlə iyulun 10-a təsadüf edir.
Ramazan ayı 30 gün olacaq. Ramazan – Fitrə bayramı miladi təqvimi ilə avqustun 9 və ya 10-nə düşür. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Əhya gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.