Şahmar Mövsümov yenidən VTB-nin rəhbərliyində təmsil olunacaq
- 27.04.2017, 15:08,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
VTB-nin səhmdarlarının növbəti yığıncağında Müşahidə Şurasını yenidən formalaşdırılıb. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, Rusiyanın maliyyə naziri Anton Siluanov Müşahidə Şurasının üzvü seçilib.
Agentlik yazır ki, böyük ehtimalla, nazir Şuranın sədri seçiləcək.
2016-cı ilin dekabr ayınadək bankın Müşahidə Şurasına sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayev rəhbərlik edib. A.Ulyukayev istefaya göndərildikdən sonra bankın Müşahidə Şurasından könüllü şəkildə çıxıb. Şuraya müvəqqəti olaraq Sergey Dubinin icra edirdi.
Qeyd edək ki, yeni formalaşdırılan Müşahidə Şurasına A.Ulyukayevdən başqa maliyyə nazirinin müavini Aleksey Moiseyev də daxil edilməyib. Rusiyanın İqtisadi İnkişaf Nazirliyini bankın Müşahidə Şurasında nazir müavini Nikolay Podquzov təmsil edəcək.
Şuranın digər üzvlərinin, o cümlədən müstəqil üzvlərin adları yenidən seçilmək üçün namizədlər siyahısına daxil edilib. Namizədlərin siyahısına gəlincə, A.Siluanov və N.Podquzovdan başqa bura VTB-nin İdarə Heyətinin sədri, prezidenti Andrey Kostinin, Rusiya Mərkəzi Bankının sədr müavini Vladimir Çistyuxinin, "Nord Stream" şirkətinin icraçı direktoru Matias Varniqin, "Maqnit" şirkətinin rəhbəri Sergey Qalitskinin, "Vinci"nin vitse-prezidenti İv Tibo de Silqanın, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun, Maliyyə Bazarlarının İnkişafı İnstitutunun direktor müavini Valeri Petrovun və "Skolkovo"nun rektoru Andrey Şaronovun adları daxildir.
Müşahidə Şurasının sədri və digər üzvləri səhmdarların növbəti yığıncağında seçiləcək.
Qeyd edək ki, VTB-nin səhmlərinin 2,95%-i ARDNF-yə məxsusdur.