Azərbaycanda sulu qəlyandan və elektron siqaretlərdən istifadə məhdudlaşdırılır
- 27.04.2017, 15:12,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyandan istifadə də qadağan olunur.
Bu, Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.
Bu gün MM-də “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada bildirilib ki, layihənin birinci oxunuşunda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyanın və elektron siqaretin də qadağan olunması barədə səslənən təkliflər nəzərə alınıb və bununla bağlı qanun layihəsinin 1-ci maddəsində dəyişiklik edilib.
APA