IMEI nömrələrinin qeydiyyatı üçün tələb olunan müddət müvəqqəti artırılıb
- 28.04.2017, 14:40,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına nəqliyyat və rabitə sahələri üzrə hazırlıqla bağlı müşavirə keçirilib.
Qurumdan APA-ya verilən məlumata görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sədrliyi ilə keçirilən iclasda çıxış edən mobil rabitə operatorlarının rəhbərləri bildirib ki, Oyunların keçiriləcəyi məkanların, stadionların, onlara yaxın ərazilərin keyfiyyətli mobil rabitə ilə təmin edilməsi məqsədi ilə mobil şəbəkələrdə səs və paket tipli məlumat mübadiləsinin təhlil olunması, şəbəkə analizinin aparılması, eyni zamanda GSM, UMTS/HSDPA, LTE və s. texnologiyalar üzrə təqdim olunan xidmətlər üzrə uyğun tədbirlər görülüb. Qeyd edilib ki, həmin ərazilərdəki mobil şəbəkə xidmətləri gündəlik nəzarətdə saxlanılır.
Həmçinin, Oyunlarla bağlı ölkəmizə gələn qonaqların və iştirakçıların mobil cihazlardan rahatlıqla istifadəsinin təmin olunması məqsədilə aprelin 1-dən iyunun 1-ə qədər mobil cihazların IMEI nömrələrinin qeydiyyatı üçün tələb olunan 30 gün müddət artırılaraq 60 gün müddətlə əvəz edilib.
Eyni zamanda, Oyunlar ərəfəsində qonaqların (turist) mobil rabitə xidmətlərindən rahat istifadəsinin təmin olunması məqsədilə cari ilin aprelin 15-dən başlayaraq iyunun 1-dək xarici vətəndaşlara mobil telefon nömrələrinin sadələşdirilmiş qaydada satışının həyata keçirilməsi operatorlar tərəfindən təmin edilib.