Azərbaycan-Gürcüstan sərhədində iki qardaş güllələnib, onlardan biri ölüb

Azərbaycan-Gürcüstan sərhədində silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə bu gün saat 16.00 radələrində Balakən rayonunun İtitala kəndi ərazisində qeydə alınıb.

Rayonun Tülü kənd sakinləri, Vüqar Əliyar oğlu Qurbanov və qardaşı Şahin Qurbanov güllə yarası ilə Balakən Mərkəzi rayon Xəstəxanasına gətiriliblər. Həkimlərin səyinə baxmayaraq, V.Qurbanovu xilas etmək mümkün olmayıb. Ş.Qurbanovun vəziyyəti isə ağır olaraq qalır.

Xəstəxanadan APA-ya bildirilib ki, hadisə sərhəddə qeydə alınıb: “Zərərçəkənlərin yaxınlarının dediyinə görə, qardaşları gürcü milliyyətindən olan bir nəfər güllələyib”.

Balakən Rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləsələr də bu barədə əlavə açıqlama verilməyib. Bildirilib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri