Türkiyənin iki məşhur ulduzu arasında gərginlik artmağa başlayıb

Türkiyənin iki məşhur ulduzu arasında gərginlik artmağa başlayıb



Türkiyənin iki məşhur ulduzu- Burak Özçivit və Neslihan Atagül arasında yaranan gərginlik artmağa başlayıb.

Live.az qafqazinfo-ya istinadən xəbər verir ki, “Kara sevda”nın baş qəhrəmanların soyuq münasibəti serial çəkilişlərində daha çox hiss olunmağa başlayıb.
Belə ki, cütlük bir-biri ilə danışmır, hətta salam belə vermirlər.

Onlar bu səbəbdən reytinq göstərici yüksək olan ekran işində rol almaq istəmirlər. Prodüserlər təkid edərək layihənin 3-cu sezonda da yayımlanmasını istəyir. Amma Burak və Neslihan yeni sezonda eyni serialda rol almağa isti baxmır.

İki sezondur ki, tamaşaçı qarşısına çıxan layihə iyunun 29-da bitəcək.

Xatırladaq ki, iki tanınmış arasında qalmaqal Burak Özçivitin Neslihan haqda açıqlamasından sonra baş vermişdi. Türkiyə mətbuatı cütlüyün bir-birinə yaraşdığını iddia etmişdi.

Burak açıqlamasında Neslihana o gözlə baxmadığını demişdi. Neslihanın həyat yoldaşı Kadir Doğulu Buraka sərt cavab vermişdi:

“İnsan bu qədər özündən razı olar? Açıqlamasından belə məna çıxdı ki, Neslihan ona baxa bilər. Ancaq Burak o gözlə həmkarına baxa bilməz”.
Türkiyənin iki məşhur ulduzu arasında gərginlik artmağa başlayıb


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri