“Shamkir Chess 2017”nin qalibi müəyyənləşib
- 01.05.2017, 11:31,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2017” turnirinə yekun vurulub. 4-cü dəfə keçirilən yarışın qalibi azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov olub.
“Şah” 10 turdan sonra 5.5 xalla hər kəsi qabaqlayıb.
Turnirin reytinq favoriti Uesli So, bolqar Veselin Topalov və rusiyalı Vladimir Kramnik 5 xalla 2-ci 4-cü yerləri bölüşüblər.
Qeyd edək ki, yarışdakı digər təmsilçimiz Teymur Rəcəbov turniri 4 xalla 8-ci pillədə başa vurub.
APA