SOCAR-ın satdığı xam neft apreldə kəskin bahalaşıb
- 01.05.2017, 18:19,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
SOCAR aprel ayında dünya bazarında xam neftin qiymətlərini açıqlayıb.
Dövlət şirkətindən APA-ya verilən məlumata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 52,54 dollara, Urals nefti 51,75 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 53,83 dollara satılıb.
Qeyd edək ki, martda dünya bazarında Brent tipli xam neftin 1 bareli 51,57 dollara, Urals nefti 50,20 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 52,86 dollara satılıb. Beləliklə, Brent tipli neftin qiyməti 1,88%, Urals neftinin qiyməti 3,09%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 1,84% artıb.
Ötən ilin aprel ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 41,48 dollara, Urals nefti 40,48 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 43,02 dollara satılıb. Beləliklə, il ərzində Brent tipli neftin qiyməti 26,66%, Urals neftinin qiyməti 27,84%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 25,13% artıb.