Ekspedisiya rəisi: "Bir neçə yerdə yeni çökmə və uçqun tipli sürüşmə sahələri yaranıb"
- 01.05.2017, 18:22,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ötən ay Astaranın Kijəbə sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən çatların ölçülərində artım qeydə alınıb. Astarada Deqədi – Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də mövcud uçqun və sürüşmə sahələri aktivləşib, yol boyu yeni lokal oturma (çökmə) sahələri əmələ gəlib. Burcubənd sürüşmə sahəsində isə sürüşmə kütləsi üzərində olan çatların ölçülərində artım baş verib və bir neçə yerdə yeni lokal çökmə sahələri yaranıb”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Lənkəran – Lerik yolunun 45-47-0ci km-liyi sürüşmə sahəsində aktivliyin qeydə alındığını bildirən ekspedisiya rəisinin sözlərinə görə, həmin yolun 17-19-cu km-liyi sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən sürüşmə prosesinin dinamikasında aktivlik, bəzi lokal sahələrdə uçqun prosesi müşahidə olunub: “Lənkəranda Gəgiran sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən sahədə aktivlik yaranıb və bir neçə yerdə uçqun tipli sürüşmə sahələri əmələ gəlib. Masallıda Zuvand sürüşmə sahəsində mövsümü atmosfer yağıntılarının təsirindən mövcud sürüşmə sahəsi aktivləşib. Cəlilabadın Sadatlı sürüşmə sahəsində sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunub, sürüşmə sahəsinin parametrlərində artım olub və bir neçə yerdə yeni lokal sürüşmə sahəsi yaranıb. Cəlilabad – Cəngan – Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin parametrlərində artım və prosesin dinamikasında aktivləşmə qeydə alınıb”.
Onun sözlərinə görə, Gədəbəydə Şahdağ sürüşmə sahəsində sürüşmə prosesinin dinamikasında aktivlik baş verib: “Habelə Xızı – Altıağac avtomobil yolunun 1-ci km-i sürüşmə sahəsində mövsümü atmosfer yağıntılarının təsirindən çatların ölçüləri artıb. Siyəzəndə Sədan sürüşmə sahəsində aparılan müşahidələr zamanı sahədə aktivləşmə qeydə alınıb. Şabranda Baş Əmirxanlı sürüşmə sahəsində aktivlik müşahidə olunub. Şabranda Qazbabalı sürüşmə sahəsində aparılmış müşahidələr nəticəsində sürüşmə sahəsi üzərində olan çatların parametrlərində ciddi artım olub. Quba – Xınalıq avtomobil yolunun 37 – 46-cı km-də sürüşmə sahəsində müşahidə reperlərinin üzərində aparılmış müşahidələrə əsasən prosesin dinamikasında aktivlik qeydə alınıb”.
Ə. Qaralov qeyd edib ki, Şamaxı şəhəri 48-A məhəlləsində sürüşmə sahəsinin dinamikasında ciddi artım qeydə alınıb: “Bakı – Şamaxı avtomobil yolunun 106 – 111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə baş verib. Şamaxının Dədəgünəş və Saqiyan sürüşmə sahəsinin dinamikasında aktivlik müşahidə olunub. Bakı – Ağsu magistral avtomobil yolunun 132 – 156-cı km-də sürüşmə sahəsində sürüşmə prosesi aktivləşib və nəticədə uçqun – töküntü hadisələri qeydə alınıb. Ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib. Çuxuryurd – Qızmeydan avtomobil yolu sürüşmə sahəsində atmosfer yağıntılarının intensivliyi nəticəsində sürüşmə – çökmə prosesləri baş verib. Ağsuda Qırılar sürüşmə sahəsinin ölçüləri artıb, sürüşmə kütləsinin üzərindəki mövcud çatlarda qismən genişlənmələr müşahidə olunub. Muğanlı – İsmayıllı avtomobil yolunun 2 – 11, 23 – 24, 27 – 29 –cu km-də sürüşmə sahələrində isə yol boyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsində ərazidə aktivlik qalmaqdadır”.