Parisdə keçirilən nümayiş zamanı 6 polis əməkdaşı xəsarət alıb
- 02.05.2017, 13:33,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransanın paytaxtı Parisdə keçirilən 1 May nümayişi zamanı 6 polis əməkdaşı xəsarət alıb.
Bu barədə Fransa Daxili işlər nazirliyinin açıqlamasında bildirilir.
Məlumata əsasən, ağır yaralanan iki asayiş keşikçisi xəstəxanaya yerləşdirilib.
Nümayiş zamanı qeyri-qanuni odlu silah gəzdirən və polisə tabe olmayan 5 nəfər saxlanılıb.
Qeyd edək ki, Parisdə ənənəvi 1 May Beynəlxalq Əmək Gününə həsr edilən nümayiş bir neçə həmkarlar ittifaqı tərəfindən təşkil edilib.
APA