Bakıda mənzildən 35 min manat və 10 min dollar oğurlanıb
- 04.05.2017, 13:08,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də rayon ərazisindəki evlərdən birindən 35 000 manat və 10 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Arif Ramazanov və bir yeniyetmə tutulublar.