Şəbnəm Tovuzlunun keçmiş sevgilisi ittihamlara cavab verib
- 04.05.2017, 13:51,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Şəbnəm xanım mənim yanıma gələndə 4 yaşında qızı var idi. Qızın atası əvvəlki əri olub. İndiki yazılan xəbərlərdə oxuyuram ki, guya, mən o xanımın ilk əri olmuşam. Bu, yalandır, qızın atası mən deyiləm. Əgər mən onunla 10 il yaşamışamsa, necə qızın 14 yaşı olur? Nə dərəcədə düzgündür?”.
Live.Az xəbər verir ki, bu sözləri Qafqazinfo-ya açıqlamasında müğənni Şəbnəm Tovuzlunun keçmiş sevgilisi Ərşad Zəngilanlı deyib.
O, sənətçinin ittihamlarına cavab verib. Zəngilanlı qeyd edib ki, Şəbnəmlə rəsmi nikahı olmayıb:
“Fotolar mən tərəfdən çəkilməyib. Həmin şəkillər Şəbnəm xanımın telefonunda olub. Öz vicdanıma and içirəm ki, həmin şəkillər məndə heç vaxt olmayıb. Ola bilsin ki, sənət yoldaşları var. Onun evindən və yaxud telefonundan götürüblər. İndi də mübahisəli məsələ ortaya çıxıb. Mən kişiyəm, həyatı boyu yaşadığım qadının şəkillərini yaymaram.
Buna nə ehtiyac var? Onun mənə bir pisliyi dəyməyib. Pisliyi keçsə belə, qadındır, bu addımı atmaram. Mənim onunla rəsmi nikahım olmayıb. Şəbnəm xanım yanıma gələndə ailəli idim. İndi də ailəmlə yaşayıram, övladlarım, nəvələrim var”.
Qeyd edək ki, Şəbnəm Tovuzlu bir neçə gün bundan əvvəl sosial şəbəkədə paylaşım etmişdi. İfaçı keçmiş ərinin onunla çəkilən fotolarını mətbuata yaydığını iddia etmişdi.