"Azərenerji": Elektrik enerjisi tariflərində artım gözlənilmir

"Azərenerji" ASC-nin məcmu öhdəliklərinin 70%-i xarici valyutada ifadə olunub, bu səbəbdən dövlət şirkətinin məzənnə dəyişkənliyinə həssaslığı qalmaqdadır. APA xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, ASC-nin xarici öhdəliklərinin mütləq əksəriyyəti avro, ABŞ dolları və Yaponiya yenində ifadə olunub. "Şirkətin daxilolmalarının milli valyutada olması məzənnə dəyişkənliyini daha da həssaslaşdırır", - deyə məlumatda vurğulanıb.

"Fitch" açıqladığı rəqəmlərə əsasən, manat devalvasiyaya uğradıqdan sonra "Azərenerji"nin borcu 1,5 mlrd. manatdan 2,4 mlrd. manata çatıb. "Devalvasiyadan sonra hökumət "Azərenerji"nin kapitalına yatırım edib ki, bu vəsait dövlət şirkətinin öhdəliklərini qismən örtüb".

Bildirilir ki, "Azərenerji"nin maliyyə göstəriciləri və likvidliyi zəifləyib. Bunun da əsas səbəb kimi manatın devalvasiyaya uğraması göstərilir. "Devalvasiya xarici borcun artmasına və tariflərin təyin olunmasında balanslaşdırılmamış mexanizmin yaranmasına səbəb olub. Ötən ilin noyabr ayının 16-da təbii qaz tarifləri təxminən 50% artıb. Halbuki elektrik enerjisinin tarifləri ötən ilin iyun ayında 5%, noyabrın sonunda isə əlavə olaraq 33% artıb. "Azərenerji"dən verilən məlumata görə, elektrik enerjisi tariflərində artım gözlənilmir".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri