Mərkəzi Bank ötən il 703 mln. manat məbləğində pul nişanlarını məhv edib
- 05.05.2017, 09:58,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il ərzində çap şirkətindən 9 mln. 432 min manat məbləğində yeni pul nişanları təhvil alıb. APA xəbər verir ki, bu barədə "PricewaterhouseCoopers Azerbaijan" şirkəti tərəfindən aparılan audit hesabatında qeyd edilib.
Məlumata görə, AMB 2016-cı ildə 702,666 mln. manat məbləğində pul nişanlarını məhv edib.
Xatırladaq ki, 2015-ci ildə AMB 790,191 mln. manat məbləğində yeni pul nişanları təhvil alıb, 1 mlrd. 752,022 mln. manat məbləğində pul nişanlarını məhv edib.