Dünya Bankı: "Neftin qiymətinin aşağı düşməsi ilə bağlı narahatlığa əsas yoxdur"
- 06.05.2017, 10:51,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünya Bankı neft qiymətlərinin aşağı düşməsində narahatlığa əsas görmür.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun rəsmi nümayəndəsi Con Baffes bildirib.
“Biz bu kimi dəyişiklikləri çox görmüşük. Düzdür, son üç gün ərzində neftin qiyməti 5%-dən çox aşağı düşüb. Lakin mən son qiymət tənəzzülünü ilin sonunadək baş verəcək göstərici kimi qəbul etməzdim”, deyə C.Baffes bildirib.
Qeyd edək ki, son ucuzlaşma ilə əlaqədar bəzi KİV-lər OPEC-in hasilatı azaltmaqla qiymətləri sabit saxlamaq planının iflasa uğradığını iddia edib.