Misir prezidenti ev dustağı edilib
- 03.07.2013, 23:48,
- Dünya / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Misir prezidenti Məhəmməd Mursi ev dustağı edilib.
APA-nın “Vesti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Misir telekanalı “Əl Həyat” yayıb.
Bu arada Misirin güc strukturlarına xalqın və etirazçıların mühafizəsizini təmin etmək üçün silah istifadə etməsinə əmr verilib. Müvafiq göstərişi daxili işlər naziri Məhəmməd İbrahim imzalayıb.
Əmr terror aktlarının qarşısını almaq məqsədi ilə silahın istiifadə edilməsini nəzərdə tutur. Terror aktlarının müdafiə naziri Abdel Fəttah əs-Cirinin gözlənilən bəyanatından sonra törədiləcəyi gözlənilir.
Xatırladaq ki, ötən gün Məhəmməd Mursinin çıxışından sonra Qahirə Universitetinin qarşısında islamçılarla yerli sakinlər arasında toqquşma baş verib. “Müsəlman qardaşlar”ın tərəfdarları odlu silahlardan insanlara açdığı atəş nəticəsində 17 nəfər həlak olub, 600-dək insan yaralanıb.