Əmanətlərin dedollarizasiyası martda davam edib
- 08.05.2017, 22:19,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2017-ci il aprelin 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 6 mlrd. 911,4 mln. manat təşkil edib ki, bunun da 1 mlrd. 480,5 mln. manatı (21,42%) milli valyuta, 5 mlrd. 431 mln. manatı (78,58%) isə xarici valyuta ilə yerləşdirilib.
APA Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 31,1 mln. manat və ya 2,06% azalıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 946,3 mln. manat və ya 14,74% azalma var.
Bununla yanaşı, cari ilin fevral ayı ilə müqayisədə martda milli valyutada olan əmanətlərin həcmi 16,8 mln. manat və ya 1,15% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 207,1 mln. manat və ya 3,66% azalıb.