Xəzər dənizinin İran sahillərində 6 məktəbli boğularaq ölüb
- 04.07.2013, 02:03,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün İranın Mazandaran əyalətinin Nur şəhəri yaxınlığında Xəzər dənizi sahillərində istirahət etmək üçün gəlmiş 16-18 yaşlı 80 nəfər məktəbli uşaqdan altısı dənizdə boğularaq ölüb. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi məlumat verir.
Məlumata əsasən, həmin məktəblilər İranın Kərəc şəhərindən Mazandaran əyalətinə yay tətili ilə bağlı səyahətə gəlmişdilər. Boğulan uşaqlardan 3-nün meyiti hələ də tapılmayıb.
Qeyd edək ki, indiyədək İranda 20-dən çox şəxs dənizdə boğularaq ölüb. Rəsmi məlumatlara görə, ötən il çimərlik mövsümündə Xəzər dənizində 250-dən çox insan boğularaq həlak olmuşdu.