“Eurovision 2017”-nin qalibi 758 xalla Portuqaliya təmsilçisi Salvador Sobral olub
- 14.05.2017, 03:55,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mayın 13-də Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi müəyyən edilib.
“Eurovision 2017” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, Amar Pelos Dois mahnısını ifa edərək, 758 xalla birincilik əldə edib. Azərbaycan təmsilçisi Diana Hacıyeva isə 120 xal toplayaraq müsabiqədə 14 yeri tutub.
Ukraynada keçirilən 62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.
“Eurovision 2017” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər.
Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq “Skeletons” mahnısını səsləndirib.
Beləliklə, “Eruovision 2018” yarışması Portuqaliyada baş tutacaq.