Çin “İpək Yolu” ölkələrinə 8,7 mlrd. dollar yardım edəcək
- 14.05.2017, 14:18,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çin yaxın üç il ərzində “Yeni İpək Yolu” marşrutu boyunca inkişaf etməkdə olan ölkələrə 60 mlrd. yuan (8,7 mlrd. dollar) yardım ayıracaq.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pekində işinə başlayan “Bir kəmək - bir yol” strategiyası çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə yüksək səviyyəli forumda çıxışı zamanı Çinin sədri Si Tsinpin deyib.
Qeyd edək ki, mayın 14-də Pekində “Bir kəmər – bir yol” İpək Yolu ölkələrinin forumu öz işinə başlayıb. Forumda 29 ölkənin rəsmi şəxslərinin iştirakı gözlənilir. Tədbir mayın 15-də başa çatacaq.
Qeyd edək ki, Çin 2013-cü ildə "Bir kəmər-bir yol” adlı yeni strategiya elan edib. Bu strategiya Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və əlaqələrin inkişaf etdirilməsinə yönəlib. Strategiyaya iki əsas inkişaf istiqaməti daxildir: "İpək yolu”nun iqtisadi kəməri və dəniz "İpək yolu”. Söhbət malların güzəştli şərtlər əsasında Şərqdən Qərbə tədarük olunması üçün ticarət dəhlizinin yaradılmasından gedir.