Azərbaycanda ÜDM istehsalı 1,2% azalıb
- 17.05.2017, 11:14,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2017-ci ilin yanvar-aprel aylarında ölkədə 20 mlrd. 139,8 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2% az ümumi daxili məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bu dövrdə sənayenin neft hasilatı və emalı sahələrində istehsalın azalması ümumi daxili məhsulun həcminin azalmasına təsir edən əsas amil olub.
Eyni zamanda, iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9% artıb.
Ümumi daxili məhsulun 44,6%-i sənayedə, 11%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,2%-i tikintidə, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrində, 14%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 2075,5 manata bərabər olub.