Riçard Morninqstar: ABŞ-ın ATƏT-in Minsk qrupuna yeni həmsədri kimi çox namizəd var

ABŞ ATƏT-in Minsk qrupuna yeni daimi həmsədrin təyin olunmasını səbrziliklə gözləyir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar junalistlərə açıqlamasında bildirib.

"Bu baş verəcək, lakin mən sizə dəqiq vaxtı deyə bilmərəm. ABŞ-ın yeni həmsədri kimi çoxlu namizədlər var. Ama mən onlar barəsində dəqiq məlumat verə bilmərəm," Morninqstar qeyd edib.

Səfir bilirib ki, ABŞ-ın hazırkı müvəqqəti həmsədri öz işinin öhdəsindən məharətlə gəlir.

Azərbaycanda oktyabr ayında keçiriləcək prezident seçkilərinə münasibət bildirərkən Morninqstar qeyd edib ki, ABŞ Azərbaycanda şəffaf və ədalətli seçkilərin keçirilməsinin tərəfdarıdır.
Şərhlər
Siyasət bölməsinin xəbərləri