Leyla Əliyeva Mehriban Əliyevanın bişirdiyi tortun resepti ilə bölüşüb

Leyla Əliyeva Mehriban Əliyevanın bişirdiyi tortun resepti ilə bölüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva öz “İnstagram” hesabında maraqlı foto paylaşıb.

Fotoda Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva mətbəxdə tort bişirir.

“Anamın hazırladığı “Napoleon” bütün “Napoleon”lardan dadlıdır!”, - L.Əliyeva fotoya şərhdə yazıb.



Leyla Əliyeva Mehriban Əliyevanın bişirdiyi tortun resepti ilə bölüşüb


Həmçinin Leyla Əliyeva şərhləri nəzərə alaraq, tortun reseptinidə paylaşıb.


"Napoleon" tortunun resepti:

Xəmir:
150 ml soyuq su
2 yumurta
1 xörək qaşığı üzüm sirkəsi
700 qram un
400 qram kərə yağı.
Un ilə kərə yağını qarışdırıb doğranmış xəmir yoğurur, üstünə su, yumurta və sirkə qarışığı əlavə edirik. Xəmir yoğrulduqdan sonra 12 hissəyə bölüb 1 saat soyuducuda saxlayırıq. 12 hissənin hər birini nazik yayıb, 200 dərəcə temperaturda bişiririk.
Bişmiş krem:
3 yumurtanı 1,25 stəkan şəkər tozu və 3 xörək qaşığı un ilə çalır və üstünə 1 litr süd əlavə edirik. Odun üstündə daim qarışdıraraq qaynayanadək bişiririk. Hazır olduqdan sonra soyuduruq. Soyumuş kremin üzərinə yaxşıca çalınmış 100 qram kərə yağını əlavə edib, soyuducuya qoyuruq.

Qalanı isə çox asandır.




Leyla Əliyeva Mehriban Əliyevanın bişirdiyi tortun resepti ilə bölüşüb
Şərhlər
Siyasət bölməsinin xəbərləri