Bakı-Sumqayıt yolunda avtobusların qanunsuz sərnişindaşıma ilə məşğul olmasının qarşısı alınıb
- 20.05.2017, 12:03,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Reydlər davam edir. Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobuslara artıq rast gəlinmir".
Bunu Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
K. Əliyev bildirib ki, nadir hallarda sifariş əsasında hərəkət edənlərə rast gəlmək olar: "Sumqayıtdan Bakıya və əks istiqamətdə avtobuslar əsasən avtovağzallardan hərəkət edir".