Donald Trampın reytinqi ən aşağı səviyyəyə düşüb

ABŞ prezidenti Donald Trampın reytinqi inauqurasiyadan bu yana ən aşağı səviyyəyə düşüb.

Bu barədə “Reuters/Ipsos”un sorğusunda deyilir.

Sorğuya əsasən, onu amerikalıların yalnız 38 faizi dəstəkləyir. 56 faiz Trampın əleyhinə çıxıb. Sorğu iştirakçılarının 6 faizi isə onun barəsində düşüncələrinin “qarışıq” olduğunu bildirib.

Respublikaçıların 23 faizi amerikalı liderin siyasətindən narazıdır. Bir həftə əvvəl isə bu rəqəm 16 faiz olub.

Analitiklər hesab edir ki, D.Tramp yenə də populyar prezident olaraq qalır və vəziyyəti idarə edə bilir. Lakin 2018-ci ildə Konqresə seçkilərdən sonra hər şey dəyişə bilər.


APA
Şərhlər
Dünya bölməsinin xəbərləri