Gömrükçülər Azərbaycan vətəndaşının bağırsağından narkotik vasitə çıxarıblar
- 04.07.2013, 12:40,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gömrük postunda Azərbaycan vətəndaşının üstündən narkotik vasitə götürülüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Tərlan Ağayevin üzərində şəxsi yoxlama aparılır.
Yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 1,54 qram olan narkotik vasitə - həşiş aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.